Əlaqə Arxiv
news Image
2014.01.16
15:17
| A A A
Sənədsiz evlərin sənədləşdirilməsini ləngidən səbəb açıqlandı-Özəl
"Paytaxtda sənədsiz evlərin sənədləşdirilməsi bəzi rayonlarda torpaqların hansı qurumların balansında olması ilə bağlı yaranmış problemlə əlaqədardır" Bu sözləri Movqe.az-a açıqlamasında millət vəkili Tahir Rzayev söyləyib.T. Rzayev bildirib ki, hazırda da sənədsiz evlərin sənədləşdirilməsi üzərində iş aparılır: "Fikrimcə, bu proses 2014-2015-ci illərdə yekunlaşacaq. Bu prosesi ləngidən səbəb ərazilərin hüdudlarının dəqiqləşdirilməmiş qalmasıdır. Bu gün Abşeron rayonunun Mərdəkanda torpağı var. O vaxtki sovxozların balansında olan torpaqlar hansı qurumun balansındadır bu aydınlaşdırılmalıdır. Neft Şirkətinin bələdiyyələrlə mübahisəli torpaqları var. Bu ərazi bölgüsü müəyyənləşməlidir ki, sənəddə evlərin sakinlərinin hansı rayonun sakini olduğu ilə bağlı düzgün qeydiyyat aparmaq mümkün olsun".
Sizin Reklam Yeriniz