Əlaqə Arxiv
news Image
2012.04.05
01:50
| A A A
“Saxta diplomlu adamların məktəblərdə çalışmağa ixtiyarı yoxdur”
Misir Mərdanov dərsliklərdə olan səhvlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib

Azərbaycan vətəndaşlarının saxta diplomları olmamalıdır və belə adamların məktəblərdə çalışmağa ixtiyarı yoxdur. Bunu dünən jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.  

"Əgər belə hallar aşkarlanarsa, həmin diplomlara qarşı ciddi tədbirlər görüləcək. Hazırda belə tədbirlər davam edir".

Nazir dərsliklərdəki səhvlər məsələsinə də bu gün açıqlama verib. O qeyd edib ki, dərsliklər hazırlayan qurumlar, nəşriyyatlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri ilə görüşlər keçirirlər ki, həmin problemlər aradan qaldırılsın. "Az da olsa çatışmazlıqlar var, həmin çatışmazlıqların aradan qaldırılması üçün ciddi tədbirlər görülür". Nazir jurnalistlərə deyib ki, dərsliklərdə olan səhvlərin aradan qaldırılması üçün müvafiq tapşırığını verib. O deyib ki, orta məktəb dərsliklərini hazırlayan qurumlarla intensiv görüşməyi, onlarla müzakirələr aparmağı haqqında tapşırıq verib.

Sizin Reklam Yeriniz