Əlaqə Arxiv
news Image
2014.01.16
19:06
| A A A
Deputat: Son illər Ermənistan və Gürcüstan arasında gərginlik artıb

Son illər Ermənistan və Gürcüstan arasında gərginlik və anlaşılmazlıq artıb. Trend-in "Armenia Today"ə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Milli Konqresinin Xarici münasibətlər komissiyasının sədri Vladimir Karapetyan deyib.

Onun sözlərinə görə, Serj Sarkisyanın hakimiyyətə gəlməsindən sonra iki ölkə rəhbərliyi arasında görüşlərin sayı azalıb: "Gürcüstanın yeni hökuməti demək olar ki, Ermənistana maraq göstərmir. Turizm birtərəfli inkişaf edir, yəni yalnız ermənilər Gürcüstana getməkdə maraqlıdırlar".

Deputat onu da qeyd edib ki, S.Sarkisyan ölkə başçısı seçildikdən sonra İranla əmtəə dövriyyəsinin səviyyəsi 10 faiz azalıb.

Sizin Reklam Yeriniz