Əlaqə Arxiv
news Image
2014.01.16
22:18
| A A A
Türkiyə-Azərbaycan-Ermənistan münasibətlərinə dair toplantı keçirilib

İstanbul şəhərində Türkiyə-Azərbaycan-Ermənistan münasibətlərinə dair toplantı keçirilib. Xəzər Strategiya İnstitutunun (HASEN) təşkil etdiyi toplantının açılışında çıxış edən institutun mütəxəssisi, dosent Bəkir Günay Qafqaz və Xəzər bölgəsində son illərdə cərəyan edən proseslərdə Azərbaycanın öz  daxili sabitliyini gücləndirərək, xüsusilə enerji sahəsində oyun qurucu qüvvə halına gəldiyini bildirib.

 

Çıxışında son illərdə Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşdırılması cəhdlərini təhlil edən professor Kamer Kasım müstəqillikdən sonra Ermənistanın öz Müstəqillik Bəyannaməsində Türkiyəyə qarşı ərazi iddiaları irəli sürdüyünü, 1993-cü ildə Azərbaycan torpaqlarının 20%-ni zəbt etdiyini və bölgənin əsas problemini yaratdığını vurğulayıb. ATƏT-in Minsk Qrupu çərçivəsində uzun müddətdən bəri aparılan sülh danışıqlarının Azərbaycanın məruz qaldığı haqsızlığı aradan qaldırmadığını xatırladan professor K. Kasım deyib: "Söhbət işğaldan gedirsə, regional və beynəlxalq qüvvələr işğalçının önünə konkret mətn qoyub imzalatdırmalı və sənədin imzasına ən ciddi təzyiq üsulları ilə nəzarət etməlidir. Əks təqdirdə, işğalın sülh yolu ilə aradan qaldırılması qeyri-mümkündür. Eyni zamanda böyük qüvvələrin bölgəyə baxış parametrlərində dəyişiklik yaratması üçün zəmin olmalıdır. İndiki halda belə bir vəziyyət görünmür".

 

HASEN elm və mütəxəssislər şurasının sədri Bülənt Aras SSRİ-nin dağılmasından sonra Rusiyanın Qafqaz bölgəsində kiçik dövlətlər yaratmağa çalışaraq öz mövqeyini qorumağa çalışdığını, Türkiyənin isə sülhsevər niyyətləriylə bölgədə söz sahibi olmağa çalışdığını söyləyib. İqtisadi cəhətdən getdikcə güclənən Azərbaycanın bölgədəki nüfuzunun artığına diqqəti cəlb edən professor Bülənt Aras, bundan sonrakı dönəmdə istər Azərbaycanın, istərsə də beynəlxalq qüvvələrin Rusiyanın bölgədəki planlarına qarşı addım atmaq əzm və iradəsində olduğu vurğulayıb. 


Sizin Reklam Yeriniz