Əlaqə Arxiv
news Image
2014.01.16
22:14
| A A A
İstanbul baş prokuroru və onun müavinləri vəzifələrindən uzaqlaşdırılıblar

Türkiyədə rüşvət və korrupsiya ittihamı əsasında cinayət işlərinin açıldığı İstanbul şəhər Prokurorluğunun rəhbərliyində ciddi kadr dəyişiklikləri aparılıb. Türkiyə mətbuatında verilən məlumata görə, İstanbul şəhər cümhuriyyət baş prokuroru Turan Çolakkadı, onun müavinləri Fikrət Seçən, Cihan Kansız və Ərcan Şafak, rüşvət və korrupsiya ittihamı əsasında cinayət işi açan prokurorlardan Müəmmər Akkaş və Əli Güngör vəzifələrindən çıxarılaraq başqa yerlərə təyin olunublar. 

 

T. Çolakkadı İstanbul bölgə ədliyyə prokurorluğuna, Ərcan Şafak Kocaeli vilayət prokurorluğuna, Fikrət Seçən Kocaelinin Gəbzə rayon prokurorluğuna, Cihan Kansız Sakarya vilayət prokurorluğuna, Müəmmər Akkaş Tekirdağ vilayət prokurorluğuna, Əi Güngör isə İstanbulun Kartal rayon prokurorluğuna təyin olunublar.

 

İstanbulun Bakırköy rayon prokuroru Hadi Salihoğlu İstanbul cümhuriyyət baş prokuroru təyin edilib. 


Sizin Reklam Yeriniz