Əlaqə Arxiv
news Image
2014.01.16
18:44
| A A A
MTN-dən Suriyada döyüşən azərbaycanlılarla bağlı açıqlama
Mediada Suriyaya gedərək vətəndaş müharibəsində iştirak edən Azərbaycan Respublikası vətəndaşları haqqında məlumatlar verilir. Milli Təhlükəsizlik Nazirliyində Suriyada silahlı birləşmələrə qoşulmuş şəxslərin sayı barədə məlumat varmı? Onların tapılaraq ölkəyə qaytarılması üçün başqa dövlət orqanları ilə əlaqəli şəkildə hansı işlər görülür? Bu şəxslər haqqında hansısa cinayət işi açılıbmı?
"Media forum" saytı bu suallarla Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinə müraciət edib. Müraciətə cavab olaraq bildirilib ki, bununla bağlı bütün lazımi tədbirlər həyata keçirilir: "Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və maraqlarına mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur".
Sizin Reklam Yeriniz