Əlaqə Arxiv
news Image
2014.01.17
09:55
| A A A
6 məmur həbs edildi

Türkiyədə başda Radio Televiziya Ali Şurasının (RTÜK - Radio Televizyon Üst Kurulu) sədri Davud Dursun və qurumun sabiq sədri Zahid Akman olmaqla 6 nəfərin mühakimə olunduğu məhkəmədə hakim qərarını verib. Anspress yerli mətbuata istinadən xəbər verir ki, "vəzifədən sui-istifadə" və "rəsmi sənəddə saxtakarlıq" iddiaları ilə qaldırılan ittihamda şəxslər barəsində 1 il 3 ay həbs qərarı verilib, daha sonra bu qərar 1 il 15 günə endirilib. Məlumata görə, həbs olunanlar RTÜK sədri Davud Dursun, qurumun üzvü Taha Yücel, RTÜK-ün sabiq sədri Zahid Akman, qurumun keçmiş üzvləri Abdulvahab Darendeli, Şaban Sevinc, Paşa Yaşardır. Məhkəmənin sədri həbslərin təxirə salınması barədə vəsatəti qəbul etməyib.
RTÜK-ün Milliyyətçi Hərəkat Partiyasından olna üzvü AKP (Hakim Ədalət və İnkişaf Partiyası) kvotasından seçilən üzvlərin cəzalandırılmasına etirazını bildirib.

Sizin Reklam Yeriniz