Əlaqə Arxiv
news Image
2014.01.17
10:09
| A A A
Müğənni Rəqsanə həbs edilə bilər

Məşhur müğənni Rəqsanə İsmayılova məhkəməyə verilib. Teleqraf.com-un xəbərinə görə, bəstəkar-müğənni Hikmət Aslanov Rəqsanədən Səbail rayon Məhkəməsinə şikayət edib. Hikmət Aslanov şikayətində qeyd edib ki, Rəqsanə onun müəllif olduğu mahnını oğurlayıb. Bəstəkar-müğənni Rəqsanənin Cinayət Məcəlləsinin 165.1-ci (müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə) maddəsi ilə cəzalandırılmasını istəyib. Səbail rayon Məhkəməsində işə baxan hakim Hikmət Aslanovun şikayətini təmin etməyib. Hakim Rəqsanə İsmayılovanın əməlində cinayət tərkibinin olmadığı qənaətinə gəlib. Məhkəmənin qərarından bəstəkar-müğənni apelyasiya şikayəti verib. O, şikayətində Rəqsanənin Cinayət Məcəlləsinin 165.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş edib. Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır. Hakim İlqar Murquzovun sədrliyi ilə bəstəkar-müğəninin şikayəti üzrə ilkin baxış iclası keçirilib və məhkəmə baxışı yanvarın 23-nə təyin edilib. Qeyd edək ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Rəqsanə İsmayılovanın "İnanımmı" mahnısını ifa etmişdi. Həmin mahnının musiqisi Hikmət Aslanova, sözləri isə Telli Pənahqızıya aiddir. Xatırladaq ki, Cinayət Məcəlləsinin 165.1-ci maddəsi ilə ittiham olunan şəxsləri əmlakı müsadirə olunmaqla, beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Teleqraf.com

Sizin Reklam Yeriniz