Əlaqə Arxiv
news Image
2014.01.17
10:15
| A A A
"Oskar-2014" mükafatının namizədləri müəyyən olundu

ABŞ Kino İncəsənəti Akademiyası "Oskar" kino mükafatına nominantların adlarını açıqlayıb.

RİA Novosti-nin məlumatına görə, sayca 86-cı "Oskar" mükafatının təqdimetmə mərasimi martın 2-də Los-Ancelesdə keçiriləcək. Movqe.az xəbər verir ki, "Ən yaxşı film" adı uğrunda aşağıdakı filmlər mübarizə aparacaqlar: "12 il köləlikdə" (12 Years a Slave), "Amerikansayağı fırıldaq" (American Hustle), "Kapitan Filips" (Captain Phillips), "Qravitasiya" (Gravity), "Nebraska" (Nebraska), "Filomena" (Philomena), "Uoll-strit canavarı" (The Wolf of Wall Street), "Dallas alıcılar klubu" (Dallas Buyers Club), "O" (Her).

"Oskar" almağa namizəd rejissorlar: Devid O.Rassel ("Amerikansayağı fırıldaq" filminə görə), Alfonso Kuaron ("Qravitasiya"), Aleksandr Peyn ("Nebraska"), Martin Skorseze ("Uoll-strit canavarı") və Stiv Makkuin ("12 il köləlikdə").

"Ən yaxşı dramatik aktyor" kateqoriyasında mükafat almağa Bryus Dern ("Nebraska"), Leonardo Di Kaprio ("Uoll-strit canavarı"), Metyu Makkonahi ("Dallas alıcılar klubu"), Çivetel Eciofor ("12 il köləlikdə") və Kristian Beyl ("Amerikansayağı fırıldaq") iddia edirlər.

"Ən yaxşı dramatik aktrisa" adı uğrunda Emi Adams ("Amerikansayağı fırıldaq"), Keyt Blanşet ("Mavi jasmin"), Sandra Bullok ("Qravitasiya"), Cudi Denç ("Filomena") və Meril Strip ("Avqust") mübarizə aparacaqlar.

Kino akademiyasının versiyasına görə, ən yaxşı 5 əcnəbi film sırasına Belçika istehsalı olan "Açılmış dairə" (The Broken Circle Breakdown), "Ov" (Danimarka - "Hunt"), "Böyük gözəllik" (İtaliya - "The Great Beauty"), "Çatışmayan rəsm" (Kamboca - "The missing Picture") və "Ömər" (Fələstin - "Omar") filmləri daxildir.


Sizin Reklam Yeriniz