Əlaqə Arxiv
news Image
2014.01.17
10:15
| A A A
Universitetin eyvanı uçdu

Azərbaycan Texniki Universitetində bədbəxt hadisə baş verib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə universitetin ikinci korpusunda qeydə alınıb. Universitetdə təmir işləri aparan zaman binanın üçüncü mərtəbəsinin eyvanı uçub. Nəticədə orada təmir işləri aparan "AZİNFORT MMC" şirkətinin fəhlələri - 1973-cü il təvəllüdlü Masallı rayon sakini Daşqın Çərkəz oğlu Vəliyev hadisə yerində dünyasını dəyişib, 1975-ci il təvəllüdlü Oqtay Sərbaz oğlu Məmmədov isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.  Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Sizin Reklam Yeriniz