Əlaqə Arxiv
news Image
2014.01.17
11:36
| A A A
Uşaqların mobil telefonları porno saytları açmayacaq-Özəl
Pərviz Əliyev: "Azərbaycanda uşaqlar üçün təhlükəsiz mobil telefonların satışı üçün iPhone, Android telefonlarına süzgəcdən keçirilmiş internet veriləcək"

Azərbaycanda uşaqlar üçün təhlükəsiz mobil telefonların satışı üçün iPhone, Android telefonlarına süzgəcdən keçirilmiş internet veriləcək. Bu barədə təklifi artıq Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN)  təqdim edib. 

Bu sözləri Movqe.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdir müavini Pərviz Əliyev deyib. P. Əliyev bildirib ki, artıq təklifi RİTN-ə göndəriblər: "Bizim göndərdiyimiz təklifdə qeyd olunub ki,  iPhone, Android telefonlarına süzgəcdən keçirilmiş internet verilsin. Həmin telefonlar sırf uşaqlar üçün satışa buraxılsın". 

P. Əliyev  onu da qeyd edib ki, bu təklifin bir-iki il ərzində reallaşması nəzərdə tutulub.

Movqe.az məsələ ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyevlə əlaqə saxlayıb. İ. Əliyev artıq təklifin RİTN-ə daxil olduğunu, amma reallaşması üçün  hüquqi və texniki baza yaradılmalıdır: "Uşaqlar üçün bu cür telefonların satışa buraxılmasını birdən-birə gerçəkləşdirmək mümkün deyil. Bunun üçün mövcud qanunvericiliyə əlavələr edilməlidir. Üstəlik maliyyə ayrılmalıdır. Yəni bu işin maliyyə tərəfini özəl sektorun üstünə atmaq olmaz. Təklif analiz edilməli mexanizmləri üzərində düşünülməlidir".


Sizin Reklam Yeriniz