Əlaqə Arxiv
news Image
2014.01.17
12:35
| A A A
QHT-lərə Dövlət Dəstəyi Şurası 30 xarici QHT-yə maliyyə yardımı ayırıb

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 30 xarici QHT-yə maliyyə yardımı ayırıb. Bu barədə Şura sədri Azay Quliyev deyib.

A.Quliyev qeyd edib ki, həmin QHT-lərə 5 istiqamətdə mövzu təqdim edilib: "Birinci istiqamət insan hüquq və azadlıqlarının qorunması, ikinci istiqamət Dağlıq Qarabağ probleminin həllində QHT-lərin rolunun artırılması və töhfələrin verilməsi, üçüncü istiqamət Xocalı soyqırımının tanıdılmasıdır. Son illər bizim bu istiqamətdə nailiyətlərimiz var. Bir neçə ölkənin parlamenti Xocalı soyqırımını qəbul edib. Dördüncü istiqamət mədəniyyətlərarası dialoqun gücləndirilməsidir ki, bu mövzu da Azərbaycanda prioritet mövzulardan biridir. Bilirsiniz ki, artıq bir çox ölkələr Azərbaycanın təcrübəsindən öyrənirlər. Nəhayət beşinci istiqamət İslamafobiya, ksenofobiya və irqçiliyə qarşı fəaliyyətin dəstəklənməsidir".

A.Quliyev əlavə edib ki, son illər bir çox ölkələrdə dini, irqi zəmində münaqişələr baş verir: "Xüsusilə də azərbaycanlılarla bağlı Rusiyada bununla bağlı arzuolunmaz hadisələrlə qarşılaşdıq və nəticə etibarilə bu mövzu ilə bağlı vətəndaş cəmiyyəti institutları da sözlərini deməlidirlər. Sevindirici haldır ki, dünyanın ən tanınan nüfuzlu beynəlxalq qurumları bu müsabiqəyə qatıldılar. Müəyyən səbəblərə görə, bu müsabiqə haqqında çox detallı məlumatlar verə bilmirik. Elə məsələlər var ki o detallar haqqında məlumatın verilməsi bizi istəməyən qüvvələrin fəallaşmasına gətirib çıxara bilər".

A.Quliyev qeyd edib ki, artıq layihələrin icrasına başlanıb: "Avropa ölkələrində bizim çox uğurlu tədbirlərimiz olub. Bu ayda bir neçə ölkədə tədbirlərimiz planlaşdırılır. Növbəti aylarda bu tədbirlər davam etdiriləcək. Düşünürəm ki, bununla Azərbaycanın bütövlükdə strateji məsələlərin həllində beynəlxalq imcimizin daha da möhkəmlənməsində, milli maraqların ayrı ayrı ölkələrində təbliğində bu cür layihələrin çox mühüm rolu var"

Sizin Reklam Yeriniz