Əlaqə Arxiv
news Image
2014.01.17
14:35
| A A A
Ən çox korrupsiya cinayəti törədən dövlət qurumları

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ötən il ən çox korrupsiya cinayəti faktı aşkar edilən dövlət qurumlarının adlarını açıqlayıb. İdarənin rəisi Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, hesabat dövründə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə bütün sahələr üzrə şikayətlər daxil olub.  Daxil olan şikayətlər əsasında əhalinin sosial müdafiəsi sahəsi üzrə 4 cinayət işi, təhsil sahəsində 14, yerli icra hakimiyyətləri ilə bağlı 6, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə bağlı 1, bələdiyyələrlə bağlı 9, səhiyyə sahəsi üzrə 14, mədəniyyət və turizm sahəsi üzrə 1, kənd təsərrüfatı sahəsi üzrə 2, Fövqəladə Hallar Nazirliyi ilə bağlı 4, ədliyyə sahəsində 2, prokurorluqla bağlı 1 və digər sahələr üzrə cinayət işi istintaq edilərək baxılması üçün məhkəmələrə göndərilib. K. Əliyev bir daha bəyan edib ki, respublikada korrupsiyaya qarşı mübarizə kampaniya xarakteri daşımır: "Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət səviyyəsində ciddi işlər görülür. Hansı vəzifədə və harada işləməyindən asılı olmayaraq korrupsiya cinayəti törədən şəxslərə qarşı tədbirlər davam etdiriləcək".


Sizin Reklam Yeriniz