General-leytenant qəbul keçirəcək
Movqe.az xəbər verir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov yanvarın 30-u saat 10:00-da Xidmətin Siyəzən rayon bölməsinin inzibati binasında (Siyəzən şəhəri, H.Əliyev küç. 1) Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayon sakinlərinin qəbulunu həyata keçirəcək. Qəbula yazılmaq istəyən vətəndaşlar 29.01.2014-cü il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.