Əlaqə Arxiv
news Image
2014.01.18
09:15
| A A A
Azərbaycanda tələbə qızlar zəhərləndi
Azərbaycan Müəllimlər İnstitunun Zaqatala filialının 5 tələbəsi qida toksiki infeksiyasından şübhəli bilinərək Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Zaqatala MRX-nın yoluxucu xəstəliklər şöbəsinin müdürü İlham Həsənovun verdiyi məlumata görə, yanvar ayının 17-i axşam saatlarında Zaqatala şəhəri ev 13 ünvanında kirayədə yaşayan, Azərbaycan Müəllimlər İnstitunun Zaqatala filialının 1-ci kursunda təhsil alan 5 tələbəsi-18 yaşlı Bərdə rayon sakini Sonaxanım Dadaşova,18 yaşlı Bərdə rayon sakini Failə Əliyeva,18 yaşlı Yevlax rayon sakini Banuçiçək Baxışova,19 yaşlı Bərdə rayon sakini Aişı Hüseynova və 19 yaşlı Şəki rayon sakini Rüfanə Rəhimli Zaqatala MRX-nın yoluxucu xəstəliklər şöbəsinə daxil olublar.
Araşdırma zamanı məlum olub ki, tələbə qızlarda yanvar ayının 17-i gün ərzində ayrı-ayrı saatlarda ürəkbulanması və qusma əlamətləri olub. Xəstəxananın yolxucu xəstəliklər şöbəsinə daxil olduqdan sonra tələbə qızlara müvafiq ilkin tibbi yardım göstərilib. Qida toksiki infeksiyasından şübhəli bilinərək hər bir qızdan ayrı-ayrılıqda mədəsindən nümunə götürülərək bakterioloji laboratoriyaya göndərilib. Götürülmüş nümunələr analiz olunduqdan sonra tələbə qızlarda qida zəhərlənməsinin olub olmaması və yaxud digər hər hansı bir yolxucu xəstəliyə tutulmasını söyləmək mümkün olacaq. Hazırda 5 tələbə qızın vəziyyəti kafi hesab edilir, müalicələri Zaqatala MRX-nın yoluxucu xəstəliklər şöbəsində davam etdirilir.
Sizin Reklam Yeriniz