Əlaqə Arxiv
news Image
2014.01.18
18:03
| A A A
Ukraynadan yeni qanun

Ukraynanın paytaxtı Kiyevdə təxminən iki aydır Azadlıq Meydanının işğalıyla davam edən AB tərəfdarı nümayişlərini bitirmək üçün məclisdən sərt bir qanun keçirilib. 

Movqe.Az xəbər verir ki, maska taxmağı, sosial sahələrdə çadır qurmağı qadağan edən, xaricdən dəstək alan qeyri-hökumət təşkilatlarına əlavə vergilər gətirən qanuna uymayanlar üçün 640 dollara qədər pul cəzası və ya 15 gün həbs cəzası nəzərdə tutulur. Büdcə ilə birlikdə səsə qoyulan qanunun keçişi əsnasında Ukrayna parlamentində müxalifət etiraz edib. Almaniya Baş naziri Angela Merkelin spikeri qanunun Avropa Birliyiylə əməkdaşlıqda qaçınılmaz nəticələri olacağını deyib. ABŞ, qanunu "demokratiya əleyhdarı" olaraq xarakterizə edib.

Sizin Reklam Yeriniz