Əlaqə Arxiv
news Image
2014.01.19
10:20
| A A A
Güləşçilərimizdən böyük uğur
Müşviq İsayevin xatirə turnirində güləşçilərimiz 5 qızıl, 6 gümüş və 8 bürünc medal qazanıblar. Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunan yeniyetmələr arasında sərbəst güləş üzrə sayca 17-ci beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Gürcüstan, İran, Qazaxıstan və Özbəkistandan olan ümumilikdə 135 güləşçi birincilik uğrunda mübarizə aparıb. Azərbaycan təmsilçiləri ümumilikdə, 5 qızıl, 6 gümüş və 8 bürünc medala sahib olub və komanda hesabında ilk sırada qərarlaşıb. İran komandası ikinci, Qazaxıstan üçüncü olub.
Sizin Reklam Yeriniz