Əlaqə Arxiv
news Image
2012.06.04
13:12
| A A A
“Ərəb Baharı” davam edir

Movqe.Az xəbər verir ki, Mübarəkin ömürlük həbsə məhkum edilməsi qərarından sonra ölkədə başlayan hadisələrin diametri genişlənməkdə davam edir.

"Ərəb Baharı" kimi adlandırılan inqilab zamanı devrilən Hüsnu Mübarəkə 25 il müddəti özündə əks etdirən ömürlük həbs cəzasının verilməsini az hesab edən yüz minlərlə adam "qisas" tələbiylə küçələrə axışıb.

Müsəlman Qardaşlarının da qatıldığı nümayişlərə, müxalif liderlər Abdulmunim Əbul-Futuh, Eymen Nur, Həmdin Sabbahi və Xalid Əli də şəxsən qatılaraq dəstək verib. 

Mütəxəssislər, Ali Hərbi Şuranı təqsirləndirərək, həssas vaxtda başlanan etirazların yatırılmasının lazım olduğunu hesab edirlər. Onların fikrincə bu Misirdə müxtəlif qüvvələrin planlaşdırdığı ssenariləri həyat keçirməyə imkan yaradacaq.

Sizin Reklam Yeriniz