Əlaqə Arxiv
news Image
2014.01.19
15:58
| A A A
Ermənistan dünya rekordu qırdı
Dəyəri işğalçı ölkənin dövlət büdcəsinə bərabər heroin aşkar olunub

Ermənistanın Milli Təhlükəsizlik Xidməti İrandan Ermənistan ərazisi vasitəsi ilə Gürcüstana aparılan böyük miqdarda narkotik partiyasını aşkarlayıb. Movqe.az-ın erməni saytına istinadən məlumatına görə, İranla Ermənistan sərhədində Meğri sərhəd-keçid məntəqəsində Ermənistanın gömrük əməkdaşları avtomobilə baxış zamanı 927 kiloqram heroin aşkarlayıb. Narkotikin təxmini qiyməti 100-200 milyon dollar arasında hesablanır. Avtomobilin sürücüsü 1953-cü il təvəllüdlü Gürcüstan vətəndaşı Avtandil Martiaşvili saxlanılıb.Əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, narkotik qaçaqmalçılığının təşkilatçılarından biri Türkiyə vətəndaşıdır".

Sizin Reklam Yeriniz