Əlaqə Arxiv
news Image
2014.01.19
20:25
| A A A
Rusiyada 18 mindən çox imtahan verən miqrant sertifikat alıb

Miqrantlara təqdim olunan testlərdə onların rus dili üzrə söz bazaları yoxlanılır

Rusiyada 2013-cü ilin birinci yarim ilində 18 mindən çox miqrant rus dilindən imtahan verərək sertifikat alıblar. Anspress-in məlumatına görə, sertifikatlar üçün test imtahanları Rusiya ərazisində və xaricdə təşkil olunan 190 yoxlama mərkəzində aparılır. 


Bu barədə Rusiya Federasiyası hökümətinin saytında məlumat verilib. İmtahanlara Rusiya və xaricdən olmaqla 340-a yaxın təşkilat nəzarət edir. Testlərdə isə miqrantların rus dili üzrə söz bazaları yoxlanılır. Yoxlamalara görə miqrantlar rus dilində ən azı 780-ə yaxın söz bilməlidirlər. Bundan başqa yoxlama mərkəzləri Gürcüstan və Latviyada da açılıb

Sizin Reklam Yeriniz