Nazir kadr islahatını davam etdirir
Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin Hüquq
İdarəsinin rəisi ədliyyə polkovniki Rauf Kişiyevi vəzifəsindən azad
edərək sərəncama göndərib. ANS PRESS-in məlumatına görə, bu barədə
nazirliyin "facebook" səhifəsində məlumat verilib. Onun yerinə
ehtiyatda olan polkovnik leytenant, hüquq elmləri namizədi Aydın
Əliyev təyin edilib. A.Əliyev DİN DQ-dən yaşa görə ehtiyata tərxis
edilib.
Zakir Həsənovun daha bir əmrilə polkovnik Hikmət Xalıqov Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinə rəis təyin edilib. Polkovnik Hikmət Xalıqovdan əvvəl bu vəzifədə general leytenant Yaşar Aydəmirov xidmət edib.
Müdafiə nazirinin digər bir əmri ilə polkovnik Zahid Hüseynov Silahlı Qüvvələrin Artilleriya Qoşunları komandanı təyin edilib. Polkovnik Z.Hüseynovdan əvvəl bu vəzifədə general mayor Rafiq Hüseynov xidmət edib. Polkovnik Tahir Xalıqovi sə Müdafiə Nazirliyinin aparat rəhbəri təyin edilib. Mənbə