Bakıda evdə kişi meyiti tapılıb. Movqe.az-ın Fövqəladə Hallar
Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,
nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi
rayonunda mənzildə bağlı qapı arxasında 1961-ci il təvəllüdlü
kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri
cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum
olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və
telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli
yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin qapısını
təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və
avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar.Mənzilə baxış
keçirilərkən həmin şəxsin vanna otağında vəfat etdiyi müəyyən
olunub. Meyit xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil
verilib.