Əlaqə Arxiv
news Image
2014.01.20
14:08
| A A A
Putin eynicinlilikdən danışdı

Rusiya Prezidenti Vladimir Putin Soçi Olimpiadalarından əvvəl mətbuat mənsublarına verdiyi reportajda eynicinslilərin pedofiliyadan fərqsiz olduğunu deyib.


Gələn ay keçiriləcək Soçi Olimpiya Oyunlarından əvvəl sualları cavablayan Putin , homoseksual idmançılar və tərəfdarlara yeni təminatlar verib. Movqe.Az xəbər verir ki, Putin , eynicinslilərlə pedefiliyanı eyniləşdirib. BBC müxbirinin insanların homoseksual doğulduğu ya da homoseksual ola biləcəyi mövzusundakı sualına cavab verməyi rədd edən Putin , " Soçidə iştirakçı yaxud qonaq olaraq gəlməyi planlaşdıran homoseksuallar üçün bir narahatlıq olmayacaq" deyib. Putin şərhində həmçinin ölkədə doğum nisbətinin artması üçün Rusiyanın özünü homoseksuallıqdan təmizləməsi lazım olduğunu deyib. Çıxarılan qanunun homoseksualizm və pedofil təbliğatına maneə törətmək məqsədli olduğunu da deyən Putin , homoseksuallarda uşaq istismarı nisbətinin daha yüksək olduğunu açıqlayıb. 

Rusiyada keçən il qeyri-ənənəvi cinsi əlaqə təbliğatı qadağan edilmiş, bu vəziyyət ölkədə kiçik diametrli də olsa reaksiyalara səbəb olmuşdu. Rus qanunları uşaqların homoseksuallıq haqqında məlumat əldə etməsinin uşaqların cinsi meyarlarına təsir etdiyini düşünür. Homoseksualların Soçi Olimpiadaları əsnasında təhdid ediləcəyinə dair beynəlxalq narahatlıqlardan sonrası Rus və olimpiada səlahiyyətliləri hər hansı bir ayrı-seçkiliyin olmayacağını söyləmişdi. Putin də açıqlamasında bu fikri yeniləyib.


Pedofil ya da sübyançılık , yetkin bir şəxsin yetkinlik əvvəli uşaqları və ya yetkinliyə yeni girmiş uşaqları cinsi baxımdan cazibədar görməsi və cinsi meylinin uşaqlara istiqamətli olmasına səbəb olan Psixoseksual xəstəlikdir . Bu vəziyyətdə olan şəxslərə pedofile deyilir.

Sizin Reklam Yeriniz