Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Temperatur gecə 10-15° şaxta, dağlıq ərazilərdə 17° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı ehtimal olunur. Gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Temperatur gecə 0-5° isti, gündüz 8-12° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimalı vardır. Cecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° , gündüz 0-5° şaxta gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı ehtimal edilir. Cecə və səhər bəzi yerlərdə duman olacaq. Gecə 0-5, gündüz 6-11° isti gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Temperatur gecə 0-5° , gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti təşkil edəcək.