Əlaqə Arxiv
news Image
2014.01.21
10:44
| A A A
Nazirin arvadının ölüm səbəbi bəlli oldu

Hindistan naziri Şaşi Tarurun arvadının ölüm səbəbinin ifrat dərəcədə dərman qəbulu olduğu aşkarlanıb, otopsi ekspertləri belə deyib. Movqe.Az xəbər verir ki, Sunanda Puşkar cümə günü Hindistanın paytaxtı Dehlidə yerləşən bir otel otağında ölü halda tapılıb. Cümə günü mübahisə etdikdən sonra Susanda tvitter hesabından ərinin başqa məhəbbətinin olduğunu yazıb. Cütlük daha sonra bir şərh yayımlayarak, Tvitter mesajlarının saxta olduğunu və xoşbəxt evlilikləri olduğunu demişdi.

 Meyityarma ekspertləri də, Xanım Puşkarın bədənində "zədələnmə izləri" tapsa da bunların onun ölümüylə əlaqədar olmadığını bildirib. Hindistan Tibb Universitetinin həkimi Amit Qupta "BBC"yə verdiyi müsahibədə qeyd edib ki, otopsinin ilkin nəticələrinə görə, xanım Puşkar ifrat dərman qəbulundan dünyasını dəyişib.

irləşmiş Millətlər Təşkilatının Baş katib müavini olan, insan qaynaqlarından Məsul Dövlət Naziri Tarur ilə keçmiş bir iş qadını olan Sunanda Puşkar 2010-cu ildə evlənmişdi. 

Sizin Reklam Yeriniz