Əlaqə Arxiv
news Image
2014.01.21
12:30
| A A A
Azərbaycandan xaricə övladlığa verilən uşaqlar əməliyyat olunur-Özəl
Azərbaycanda 2013-cü il ərzində xarici vətəndaşlara 8 uşaq övladlığa verilib. Bu məlumatı Movqe.az-a danışan  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ölkələrarası övladlığa götürülmə sektorunun müdiri Seymur Məmmədov verib. S. Məmmədov bildirib ki, 2012-ci illə müqayisədə xarici vətəndaşlara övladlığa verilən uşaqların sayında artım olmayıb. S. Məmmədov xarici vətəndaşlara verilən uşaqların fiziki qüsurlu olduğunu da bildirdi. Onun sözlərinə görə, xarici vətəndaşların övladlığa götürdüyü fiziki qüsurlu uşaqların çoxu xaricdə yeni valideynlərinin təşəbbüsü ilə əməliyyat olunaraq sağlamlıqlarına qovuşurlar.  
Sizin Reklam Yeriniz