Əlaqə Arxiv
news Image
2014.01.21
16:25
| A A A
Paytaxtda təhlükəli ağaclar

Paytaxtda təhlükəli ağaclar artıq problemə çevrilib. Xüsusilə Bakıda qovaq ağaclarının aşaraq küçədən keçən istənilən bir insanın başına düşməsindən kimsə sığortalanmayıb. Son günlər belə hadisələrin baş verməsi, hətta ölümlə nəticələnməsi Bakıda öz ömrünü başa vuran ağaclarının təhlükə mənbəyinə çevrilməsindən xəbər verir. 

Belə bir hadisə yaxın günlərdə Babək prospekti-103 ünvanında qeydə alınmışdı. Babək prospekti-103 ünvanında iri gövdəli ağac yol ilə gedən ana və azyaşlı övladının üzərinə aşmışdı. Nəticədə hər iki şəxs dünyasını dəyişmişdi.  Movqe.az paytaxtda təhlükəli ağacları kəsməyin hansı qurumun işi olduğunu araşdırıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekspertiza İdarəsinin məsləhətçisi Əhməd Həsənov Movqe.az-a açıqlamasında bildirib ki, bu vəzifə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işidir: "Bizə bu barədə məlumat daxil olanda bizim idarənin əməkdaşları həmin ağaca baxaraq kəsilməli olub-olmadığı barədə rəy verir. Amma təhlükəli ağacları, yəni aşmaq təhlükəsi olan ağacları kəsmək bizim işimiz deyil".

Ə. Həsənov bildirib ki, paytaxtda nə qədər aşmaq təhlükəsi olan ağac olduğu barədə məlumat yoxdur: "Əsas belə müraciətlər qovaq ağacları ilə bağlı olur. Qovaq ağaclarının kökü dərində olmadığından tez aşır. Əgər belə bir müraciət bizə daxil olarsa biz rəy veririk ki həmin ağac kəsilə bilər yoxsa yox".

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyin texniki-istehsalat şöbəsinin mühəndisi Eldar Məmmədov isə Movqe.az-a açıqlamasında bildirib ki, paytaxtda aşmaq təhlükəsi olan bütün ağacları kəsmək onların işi deyil: "Baxır ağac bizim Birliyin ərazisindədir yoxsa yox. Əgər həmin təhlükəli ağac bizim Birliyin ərazisindədirsə Ekspertiza idarəsinin rəyindən sonra həmin ağacı kəsirik. Mənzil İstismar İdarələrinin, fərdi evlərin həyətindədirsə həmin ağacları kəsmək bizim işimiz deyil. Belə halda vətəndaş əmək birjasına müraciət edərək ağac kəsmək üçün işçi göndərməyi tələb edə bilər".


Sizin Reklam Yeriniz