Əlaqə Arxiv
news Image
2014.01.21
18:56
| A A A
Dövlət başçısı Gəncədə açılışlar etdi
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərində Heydər Əliyev park–kompleksinin, Heydər Əliyev Mərkəzinin və bir sıra iqtisadi və sosial təyinatlı müəssisələrin açılışında iştirak edib. Prezident əvvəlcə yenidən qurulmuş Heydər Əliyev Parkında Heydər Əliyevin abidəsini ziyarət edib. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev İlham Əliyevə Heydər Əliyev Parkında aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verib. Parkın girişində möhtəşəm "Zəfər Tağı"ı ucaldılıb. Hazırda parkda gənclər üçün əyləncə mərkəzi və qış parkının tikintisi davam etdirilir.

***

Sonra dövlət başçısı Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunub. Mərkəzdə fəaliyyət göstərəcək Heydər Əliyev Muzeyi Heydər Əliyevin keçdiyi zəngin həyat yolu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Muzeydə Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolu, İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğısının bariz nümunələrinə də geniş yer ayrılıb

***

İlham Əliyev Gəncə Olimpiya Parkının təməlqoyma mərasimində iştirak edib.

Dövlət başçısına Olimpiya Parkının eskiz layihəsi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Olimpiya Parkı Beynəlxalq Olimpiya Komitəsinin standartlarına tam cavab verəcək.

Prezident İlham Əliyev Gəncə Olimpiya Parkının təməlini qoyub.

***

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunmuş Məhsəti Gəncəvi Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı mərkəzin açılışını bildirən lenti kəsib.

Klassik memarlıq üslubunda tikilmiş binada şairənin yaradıcılığına həsr olunan rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı və digər yardımçı otaqlar yerləşir. Buradakı elektron köşkdə Məhsətinin rübailəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.

Prezident İlham Əliyev mərkəzin ətrafını və Məhsəti parkını gəzib.

***

Sonra dövlət başçısı Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsinə gəlib.

İlham Əliyev əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında olub.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, zəruri avadanlıqla təchiz olunan binada işçilərin rahat fəaliyyəti üçün bütün tələblər nəzərə alınıbdır.

Sonra Prezident İlham Əliyev Mədəniyyət Sarayına gəldi. Burada həm rayon, həm də respublika əhəmiyyətli tədbirlər keçirmək mümkün olacaqdır.

Prezident İlham Əliyev 1200 şagird yerlik Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbinə gəlib. Dövləti başçısı məhəllənin baş planı ilə də tanış olub.

Sizin Reklam Yeriniz