Əlaqə Arxiv
news Image
2014.01.22
10:56
| A A A
Suriya sülh danışıqlarına start verildi

Təxminən yüz min insanın ölümünə səbəb olan, 3 illik Suriya münaqişəsinə siyasi həll tapmaq üçün İsveçrədə danışıqlara start verilib. Suriya höküməti və əsas müxaliflər beynəlxalq ittifaqla birlikdə Cenevrə 2 sammitində iştirak edəcək. Movqe.Az "BBC" yə istinadən xəbər verir ki, əsas gündəm isə büdcə məsələsindən daha çox Prezident Bəşər əl-Əsədin gələcəyilə bağlı olacaq. Suriyadakı kütləvi işgəncə və edamlarda sammit ərəfisində müzakirə olunan məsələlərdən olacaq.. Konfrans çərşənbə günü Montreuksda başlayacaq və 2 gün müddətində davam edəcək. Birinci dəfədir ki, Suriya höküməti və müxaliflər konflikti üz-üzə görüşrək həll edəcək. Birinci gün Montreuksa 40 xarici işlər nazirinin gələcəyi planlaşdırılır. Suriya Xarici İşlər Naziri Xalid Muallem Sana xəbər agentliyinə verdiyi müsahibədə: "Prezident və rejim haqqındakı məsələlər bizim və Suriya xalqı üçün qırmızı xətdir. Heç kim prezidentlik məsələsinə toxuna bilməz" deyib. 

Sizin Reklam Yeriniz