Əlaqə Arxiv
news Image
2014.01.22
19:04
| A A A
BSU-da “VikiUniversitet” layihəsi

Qloballaşan dünyada informasiyanın yayılması və qəbul edilməsi demək olar ki, sərhəd tanımır. Özündə müxtəlif dillərdə saysız - hesabsız məqalələr toplusunu birləşdirən "vikipedia.org" saytı dünyanın ən populyar informasiya daşıyıcılarındandır. Saytda Azərbaycan dilli məqalələrdə mövcuddur amma, təəssüf ki, onlar həm kəmiyyət, həm də keyfiyyət baxımından qənaətbəxş deyildir. Nəzərə alaq ki, Vikipedia həm də güclü bir təbliğat vasitəsidir və orada yerləşdirilən məlumatlarla bütün dünya tanış olmaq imkanı əldə edir. Dövlətimiz son zamanlar bu sahəyə diqqəti daha da artırıb. Buna bariz nümunədir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2013 cü ili "informasiya və kommunikasiya texnologiyaları ili" elan etmişdir və bu çərçivədə həyata keçirilən tədbirlər planına Vikipedia kimi qlobal informasiya resurslarında Azərbaycanla bağlı məlumatların sayının artırılması, ölkəmizdə Vikipedia könüllülük hərəkatının genişləndirilməsi daxil edilmişdi.

Bu gün ölkəmizin ali təhsil müəssisələri arasında ilk olaraq Bakı Slavyan Univesiteti öz yeni layihəsi olan "VikiUniversitet" lə vikipedia hərəkatına qoşulur. Yanvar ayının 21-də universitet Rektorluğunun geniş iclasında "VikiUniversitet" adlı qurumun struktur baxımdan formalaşması, onun əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, həmçinin müxtəlif sahələr üzrə məqalələrin hazırlanması məsələləri müzakirə edildi. BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, prof. Kamal Abdullayev bu qurumun formalaşmasını və ciddi fəaliyyətə başlamasını günün tələbi kimi vurğulayaraq Azərbaycanla bağlı gerçəklərin dünya ictimaiyyətinə dolğun, eyni zamanda düzgün şəkildə çatdırılmasında Vikipedianın əvəzsiz üstünlüyündən danışdı. Qərara alındı ki, "VikiUniversitet" in çoxşaxəli işinə BSU-nun professor-müəllim heyətinin üzvləri, tədqiqatçı və mütəxəssislərlə yanaşı müasir informasiya texnologiyalarından istifadəyə xüsusi maraq göstərən fəal tələbələr də cəlb edilsin.

"VikiUniversitet" fəaliyyətinin ilkin mərhələsində BSU-da keçirilən beynəlxalq konfransları və simpoziumları, müxtəlif elm sahələri üzrə gerçəkləşən layihələri, fakültə və kafedraların, elmi-tədqiqat laboratoriyaları və tədris-mədəniyyət mərkəzlərinin işini, elmi və pedaqoji fəaliyyətini, zəngin və mənalı tələbə həyatını, universitetin daim genişlənən beynəlxalq əlaqələrini əks etdirən məlumatları müxtəlif dillərdə Vikipedia oxucularına təqdim edəcəkdir. Yaxın gələcəkdə isə müasir Azərbayacan gerçəklikləri, qədim tariximiz və zəngin mədəniyyətimiz ilə bağlı məqalələrin ümumilikdə isə Azərbaycançılıq məfkurəsinin inkişafına, ölkəmizin dünyada nüfuzunun daha da artmasına xidmət göstərəbiləcək hər bir addımla bağlı məlumatların tükənməz oxucu auditoriyasına çatdırılmasında israrlıdır.

Sizin Reklam Yeriniz