Abşeronda soyğunçu dəstə yaxalandı
Abşeron polisi mağazadan oğurluq edən şəxsləri
saxlayıb. Movqe.az APA-ya istinadən xəbər verir ki, Masazır
qəsəbə sakini Famil İsmayılov həyətyanı sahəsindəki mağazadan
naməlum şəxslərin oğurluq etməsi ilə bağlı polisə müraciət edib.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat
nəticəsində sözügedən mağazadan 115 manat dəyərində danışıq
kartları və 28 manat pulu oğurlayan şəxslər müəyyən edilərək
saxlanılıb. Məlum olub ki, oğurluq hadisəsini 1994-cü il təvəllüdlü
Rəhimov Mülkədar Ələkbər oğlu və 1996-cı il təvəllüdlü Heydərov
İbiş Bəhlul oğlu törədib.İlkin dindirilmə zamanı saxlanılan şəxslər
törətdikləri cinayət əməlini boyunlarına alıblar. Həmçinin məlum
olub ki, bu onların ilk oğurluq əməli deyil. Saxlanılan şəxslər
bundan əvvəl də Masazır qəsəbəsindəki "Tural Market"i və bir
avtomobili qarət ediblər. Faktla bağlı Abşeron Rayon Polis
İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.