Əlaqə Arxiv
news Image
2014.01.23
13:20
| A A A
Gülər Əhmədova: "Qanunun mənim üzümə oxuyun sonra başımı kəsin"- YENİLƏNİB

Sabiq millət vəkili Gülər Əhmədovanın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə bu gün saat 12-də baxılacaq. Prosesə hakim İlqar Murquzov sədrlik edəcək. Bu barədə məlumatı Movqe.az-a G.Əhmədovanın vəkili Əfsər Talıbov məlumat verib. Ə. Talıbov bildirib ki, məhkəmədə G. Əhədova özü də iştirak edəcək. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Gülər Əhmədovaya 3 il həbs hökmü oxunub. Qeyd olunub ki, onun barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsi, yəni aşağı həddən də az cəza təyin olunması tətbiq olunub. G. Əhmədova ittiham olunduğu 178.3.2-ci maddəsi ilə 2 il 6 ay, 307.2-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası qismən toplanma yolu ilə 3 il müddətinə cəza kimi təyin olunub.  Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.



                                                 13:00


Movqe.az-ın məhkəmə prossesində iştirak edən əməkdaşının verdiyi məlumata görə, hal-hazırda Gülər Əhmədovanın apelyasiya şikayətinə baxılır. Vəkil Əfsər Talıbov məhkəmədə çıxış edir. Gülər Əhmədova məhkəmə prosessində KİV nümayəndələrinin çəkiliş aparmasını tələb etsə də, bu hakim tərəfindən rədd edilib. Jurnalistlərə video, audio çəkilişinə, diktofondan istifadəyə belə icazə verilməyib. Hazırda məhkəmə prossesi davam etməkdədir



                                                13:20

Bu gün Gülər Əhmədovanın apelyasiya şikayətinə ilkin baxış iclası keçirilib. Movqe.az-ın prossesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, G. Əhmədovanın vəkili Əfsər Talıbov bir neçə vəsadətlə çıxış edib. Vəsadətlərdən biri G.Əhmədovanın dəmir barmaqlıqlar arxasından çıxarılaraq vəkilin yanında əyləşməsi ilə bağlı olub.

Gülər Əhmədova bildirib ki, dəmir barmaqlıqlar arxasında olması ona fiziki təzyiq olunmasıdır. Bakı İstintaq Təcridxanasında dələduzluqla təqsirləndirilən kifayət qədər qadın var. Heç biri dəmir barmaqlıqlar arxasına salınmır. Mən hər bir vəziyyətdə dövlətçiliyi dəstəkləyən adamam. Zalda terrorçu yoxdur.  

Məhkəmədə isə onun bu vəsadətinə cavab olaraq bilidirilib ki, mühafizə və təhlükəsizliklə bağlı məsələ təcridxananın ixtiyarındadır. Daha sonra vəkil tərəfindən audio və video görüntülərlə bağlı vəsadət qaldırılıb. Gülər Əhmədova da xahiş edib ki,  məhkəmədə KİV tərəfindən çəkiliş aparılmasıyla bağlı qərar verilsin. Hakim isə cavab olaraq bildirib ki, çəkilişlə bağlı qərar məhkəmənin ixtiyarındadır. Bunu şouya çevirməyin. Müxbirlərin qələmi də var, dəftəri də. Prossesi yazıb işıqlandıra bilərlər. 

Daha sonra Talıbov prossesin məhkəmə istintaqı ilə bağlı vəsadət verib. Əhmədova da bildirib ki, müdafiəçisi günahsız olduğunu təlqin edib.  Məhkəmədə super aktivliyə ehtiyyac yoxdur. Elşad Abdullayevin mülki iddiası təmin olunmayıb. O zərərçəkən kimi tanınmayıb. Məhkəmə hansı qərarı verməsindən asılı olmayaraq mən yenə də öz dövlətimizə xidmət edəcəm . 


Prossesdə fasilə elan olunub. Günün ikinci yarısında davam edəcək. 

16: 04 

Gülər Əhmədovanın işi üzrə apelyasiyya məhkəməsində prosesin 2- ci mərhələsi davam etdirilir. Prosesdə vəkil Ə. Talıbov 17 vəsaqət qaldırıb. Prosesdə G. Əhmədova da çıxış edib: " Bu məsələ ilə bağlı isterika yaranmışdı. Mən istəmərəm haqqımda xoşagəlməz ifadələr işlənilsin. Və dələduz adı üstümdə qalsın. Sizdən artıq dərəcədə xahiş edirəm ki, qanunun mənim üzümə oxuyun sonra başımı kəsin. Mən Elşad Abdullayevdən pul almamışam.Prokuror da, məhkəmə də, ictimaiyyət də çox gözəl bilir ki, mən pul almamışam. Lakin həmin vaxt elə bir ajiotaj qalxdı ki, pul vermək məsələsi bir kənarda qaldı. Ayxan Məmmədov məndən iyirmi min manat borc almışdı. Düşdü ortaya ki, həmin pulu qaytarmasın. O elə bir oyun çıxardı ki, hamı elə bildi, mən qatiləm. Necə ola bilər ki, ali qurum olan məhkəmə əsli olmayan sənədi əsas götürüb mənim həbsimə qərar verir? Mən demirəm ki, mənə iş verməsinlər, eləsinlər, əgər hökm çıxarılmalıdırsa, çıxarılsın. Mən qorxmuram. Amma bütün bunlar qanunla olsun. Mən on iki il çıxış etmişəm ki, Azərbaycan məhkəmələri qanuni hökm çıxarır, qanunsuz heç nə yoxdur. Axı bu hökm qanunsuzdur. Mənim 12 illik fəaliyyətim heçə gedir axı. Hakimlər gəlib parlamentdə and içirlər, biz səs vermişik ki, bu adamlar qanunla fəaliyyət göstərirlər.Hamı bilir ki, mən hansı fəaliyyətlə məşğulam. O vaxt dedim ki, imkan verin, gedim Fransada Elşad Abdullayevin məsələsini qaldırım. Onun üstündə bir neçə cinayət işi var. Demokratiyanın beşiyi olan Avropa bir cinayətkarı ölkəsində saxlamaz. Elşad Abdullayev, sən ömür boyu YAP-ın üzvü, imkanlı adam olmusan, indi necə oldu ki, siyasi mühacir oldun?. Sizdən artıq dərəcədə xahiş edirəm qanunu üzümə oxuyun başımı kəsin, məni güllələyin".

Ə. Talıbov isə çıxışında Səlcuq Ağlayanın və Ayxan Məmmədovun Türkiyə məhkəməsində verdikləri ifadələrin sübutlar siyahısına daxil edilməsi, Sevinc Babayevanın Türkiyədə olarkən Azərbaycanın prokurorluq orqanlarına ünvanladığı müraciətin sübutlar siyahısına əlavə olunması barədə vəsatətlər verib.Hakim vəsatətlərin çox olduğunu əsas gətirərək, prosesin sabaha kimi təxirə salındığını deyib. Proses sabah saat 15:30-dək təxirə salınıb.



Sizin Reklam Yeriniz