Müdafiə Nazirliyi: Hərbi hissədən qaçan əsgər tapıldı
“N” saylı hərbi hissəni özbaşına tərk edən əsgər Hüseyn Orucəli oğlu Əhmədov Qazax rayonu ərazisində saxlanılaraq xidməti yerinə təhvil verilib
Azərbaycanda hərbi hissədən qaçan əsgər tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, "N" saylı hərbi hissənin əsgəri Hüseyn Orucəli oğlu Əhmədov Qazax rayonu ərazisində saxlanılıb. Əsgər xidməti yerinə təhvil verilib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri bu gün həqiqi hərbi xidməti özbaşına olaraq tərk etmişdi. Əsgər H.Əhmədovun axtarışı üçün rayonun giriş-çıxışlarında hərbi postlar qurulmuşdu.