Məktəblilər üçün toz və su keçirməyən planşet
"Bett 2014" təhsil texnologiyalarının sərgisi çərçivəsində "Intel"
şirkəti "Intel Education Tablet" yeni məktəb planşeti və "Intel
Classmate PC" netbukunu təqdim edib. Aparatların konstruksiyası
möhkəmdir, toz və su keçirmir. Movqe.az "ICTnews"-a istinadən
məlumatına görə, "Intel Classmate PC" netbuku "Intel Celeron N2806"
prosessoru ilə təchiz edilib. Aparat "Windows 8.1" əməliyyat
sistemi ilə işləyir. Sensor ekranlı qurğu fırlanan kameraya
malikdir. Əməli yaddaşın həcmi 4 QB təşkil edir. 500 QB-lıq
sərt disk və 64 QB-lıq SSD var. Planşet "Android 4.2" platforması
ilə işləyir, "Intel Atom Z2520" ikinüvəli prosessoru ilə təchiz
edilib. Stilus nəzərdə tutulub. 10 düymlük ekranın təsvir ölçüsü
1280x800 piksel təşkil edir, qurğu 1,2 və 5 meqapiksellik
kameralarla təchiz edilib. Planşet "3G" şəbəkələrini dəstəkləyir.
Yeni qurğuların avtonom iş vaxtı 12 saat təşkil edir ki,
məktəblilər ondan bütün günü istifadə edə bilsinlər. Əməli yaddaşın
həcmi 2 QB, daşıyıcıda isə 32 QB təşkil edir.