Əlaqə Arxiv
news Image
2014.01.25
17:38
| A A A
Bakıda dəhşət: sökülməkdə olan bina maşınların üstünə aşıb-FOTO

Bakının Heydər Əliyev prospektində sökülməkdə olan binanın uçması nəticəsində iki nəfər ölüb. 

ANS-in verdiyi məlumata görə, əzilən maşın Mitsubishi Pajero İO avtomaşını olub. Ölənlər həmin maşının içərisindəkilər olub. Əzilmiş maşın xilasedicilər tərəfindən hadisə yerindən aparılıb. 

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hazırda həmin ərazidə yolun bağlandığı və tıxac yaşandığı deyilir. 

Məlumata görə, FHN-nin əməkdaşlarının xilas etdiyi iki kişi ağır yaralı vəziyyətdə təcili tibbi yardım maşını ilə 5 saylı şəhər klinik xəstəxanasına aparılıblar. Onlar xəstəxanaya aparılarkən yolda keçiniblər.

Nərimanov rayon Polis İdarəsindən bildirilib ki, hadisə nəticəsində ölənlərin şəxsiyyəti hələlik müəyyənləşməyib. 

Artıq xilasetmə əməliyyatı başa çatıb və axtarış dayandırılıb. FHN əməkdaşları ərazidə əlavə təhlükəsizlik tədbirləri görürlər. 

 

Sizin Reklam Yeriniz