Əlaqə Arxiv
news Image
2014.01.27
15:30
| A A A
Nazirliyə yeni mətbuat xidməti təyin olundu

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbəri Elman Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni vəzifəyə təyin edilib. Nazirlikdən məlumatı təsdiqləyiblər. Elman Babayev bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edəcək. Onun yeni işdə fəaliyyəti ilə bağlı artıq əmr verilib və sabahdan işə başlayacaq. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini 2012-ci ildən bu aya kimi İlham Məmmədov icra edib. E.Babayev 2001-2008-ci illərdə jurnalist fəaliyyəti dövründə müxtəlif mətbu orqanlarda çalışıb. 2008-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri təyin edilib. 2012-ci ildən isə Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini, ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb.

Sizin Reklam Yeriniz