Bakıda saxta pul çap edən şəxs saxlanılıb
Şirvan şəhərindən Bakıya gəzməyə gələn 23 yaşlı Cabbarlı Rahil
Zeynal oğlunun qoluna Binəqədi polisi qandal vurub. O, paytaxta
cibi dolu gəlib. Gətirdiyi pulun 950 manatı isə saxta olub. Elə
onun saxlanılması da buna görədir. Şübhəli şəxs kimi Binəqədi
polisi tərəfindən Beynəlxalq Avtovağzal ərazisində tutulan Rahil,
istintaqa verdiyi ilkin ifadəsində həmin pulları yaşadığı rayonda
hazırladığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb.
Hazırda istintaq Rahilin verdiyi ifadənin nə dərəcədə doğru
olub-olmadığını, həmçinin onun indiyə kimi başqa yerlərdə saxta
əskinaslardan istifadəsi araşdırır.