Əlaqə Arxiv
news Image
2014.01.28
10:28
| A A A
Bakıda sərnişin avtobusunun iştirakı ilə növbəti qəza
Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində 10 TG 002 nömrə nişanlı 202 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu ilə "Opel" markalı minik avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da "Opel" markalı avtomaşın deformasiyaya uğrayıb. Hadisə yerinə Binəqədi rayon polis idarəsinin əməkdaşları cəlb olunub. Yol polisinin dediyinə görə hadisə minik avtomobilinin avtobusun yoluna çıxması nəticəsində baş verib."İkinci dərəcəli yoldan baş yola çıxarkən düzünə hərəkətdə olan nəqliyyat vasitələrini gözləməyən "Opel" yol nəqliyyat qaydalarını pozub. Avtobusda sərnişin olmayıb" – deyə Yol polisi Pərviz Allahverdiyev bildirib. Avtoqəzanın dəqiq hansı şəraitdə baş verməsi isə təyin ediləcək ekspertizaların rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır. 


Sizin Reklam Yeriniz