Əlaqə Arxiv
news Image
2012.04.05
16:48
| A A A
Əsəd rejimi hələ də insan ölümünə son qoymur


Mövqe.az xəbər verir ki, Əsəd rejimi BMT və Ərəb Birliyi Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın sülh planını təsdiq etməsinə baxmayaraq hələ də insan ölümünə son qoymur.

Ötən gün təşkil edilən hücumlarda qadın və uşaqların da mövcud olduğu 150 nəfər insan dünyasını dəyişib.

Ordudan azad olunan və Türkiyəyə sığınan bir Suriyalı general rejimin atəşkəs üçün verilən 10 Aprel tarixinə qədər daha min adamı qətl edəcəyindən narahat olduğunu deyib. Adının açıqlanmasını istəməyən general İdlib şəhərinə də kimyəvi bomba atıldığı i
ddeasını irəli sürüb.

Əsəd rəhbərliyinin Rusiya və İrandan gələn silahları istifadə etdiyini və "İrandan göndərilən və insan tərəfindən idarə olunmayan kəşf təyyarələri (İHA) ilə şəhərlər müşahidə olunaraq bombalandığını, təyyarə top, tank kimi bir çox silah vasitələrindən mərhəmətsizcə istifadə edildiyini " söyləyib.

Suriyalı general, bazar günü İstanbulda təşkil edilən Suriya xalqının Dostları konfransında da gözlədikləri dəstəyi tam olaraq tapa bilmədiklərindən şikayətlənib: "Biz İstanbuldakı yığıncaqda tampon yaradılmasını və Azad Suriya Ordusunun silahlandırılmasını gözləyirdik. Təəssüf ki, bu reallaşmadı. Hazırda Azad Suriya Ordusunun ( OSO) əlində yüngül silahlar var. Bu mövzuda əvvəl Allaha sonra Türkiyəyə güvənirik".


Əfqanə Məzahirqızı

Sizin Reklam Yeriniz