Əlaqə Arxiv
news Image
2014.01.28
17:51
| A A A
MTRŞ iki telekanala xəbərdarlıq edib, ANS-i isə 1000 manat cərimələyib

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.


MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda "Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası", "ANS Müstəqil Yayım və Media Şirkəti", "Lider TV və Radio Azərbaycan" MMC tərəfindən "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

 

İclasda "Televiziya və radio yayımı haqqında" qanunun 32.0.1, 32.0.9, 35.7, 35.11-ci maddələrinin tələblərini pozduğuna görə "Lider TV və Radio Azərbaycan" MMC-yə, "Televiziya və radio yayımı haqqında" qanunun 35.2-ci maddəsinin tələblərini pozduğuna görə "Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası"na xəbərdarlıq elan edilib.

 

Həmçinin "Televiziya və radio yayımı haqqında" qanunun 32.0.1, 32.0.9, 35.5, 35.11-ci maddələrini, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.2, 2.4, 2.8-ci bəndlərinin tələblərini pozduğuna görə "ANS Müstəqil Yayım və Media Şirkəti" Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.1-ci, 187-1.0.4-cü maddələrinin tələbinə uyğun olaraq 1000 (min) manat məbləğində cərimə olunub.


Sizin Reklam Yeriniz