Əlaqə Arxiv
news Image
2014.01.28
20:06
| A A A
AMEA-da seçkilərin 5 ildən bir keçirilməsi təklif edilir

Akademiyanın Nizamnaməsi müzakirə edilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində AMEA-nın Nizamnamə Komissiyasının iclası keçirilib. AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, komissiyanın sədri AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin sədrliyi ilə keçirilən iclasda akademiyanın Nizamnaməsinin yenidən işləilməsinin zəruriliyi qeyd edilərək bu sahədəki dünya təcrübəsindən geniş söhbət açılıb. Polşa, Bolqarıstan, Rusiya, Qazaxıstan, Belarus və Ukrayna Elmlər Akademiyalarının Nizamnamə təcrübələrinin öyrənildiyi vurğulanıb. İ.Həbibbəylinin sözlərinə görə, əsas məqsəd Nizamnamənin müstəqil Azərbaycanın dövlətçilik prinsiplərinə, elm sahəsində, xüsusən AMEA-da gedən islahatlara hüquqi təminat verə biləcək yekun bir sənədə çevrilməsini təmin etməkdir.

 

İclasda elmin maliyyələşdirilməsi, akademiyanın "Mərkəzi İcra Hakimiyyəti Orqanı" statusu alması, ölkədə "Elm günü" kimi təsis olunması, magistr sisteminin yaradılması və s. məsələlər müzakirə edilib. Bundan əlavə, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin ayrılaraq Humanitar Elmlər Bölməsi və İctimai, o cümlədən informasiya cəmiyyətinin tələblərinə müvafiq olaraq İnformasiya Elmləri Bölməsinin yaradılması təklif olunub. Həmçinin, akademiyada seçkilərin 5 ildən bir keçirilməsi, elmlər doktorlarına "Fəxri doktor" adının verilməsi və digər məsələlərlə bağlı çıxışlar edilib.

 

Qeyd edək ki, AMEA Rəyasət Heyəti yeni layihəni müzakirə etdikdən sonra məsələ illik ümumi yığıncağın müzakirəsinə çıxarılacaq.

Sizin Reklam Yeriniz