Əlaqə Arxiv
news Image
2014.01.29
09:25
| A A A
Ev sahibəsi ilə birgə yandı
Bu gün Azərbaycanda bir neçə yanğın hadisəsi baş verib nəticədə bir nəfər vəfat edib. 

Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 4 otaqlı və aynabənddən ibarət kürsülü evin 1 otağında 1 ədəd divan yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibi 1935-ci il təvəllüdlü Vəliyeva Şükufə Məhəmməd qızının cəsədi aşkar edilib. Yanğın saat 15:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Movqe.az  xəbər verir ki, Masallı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 85 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sizin Reklam Yeriniz