Əlaqə Arxiv
news Image
2014.01.29
10:11
| A A A
Cəbhədə daha bir gərgin gecə
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 250 dəfə pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və Noyemberyan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Şuraabad, Sarıcalı, Cəvahirli Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Sizin Reklam Yeriniz