Əlaqə Arxiv
news Image
2014.01.29
09:00
| A A A
"Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti"

Bu yaxınlarda Bakıda, "Elm və təhsil nəşriyyatında Kəlbəcərli dostum, təkrarolunmaz insan  Nağdəli Zamanovun "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" (I kitab) adlı kitabı çap edilmişdir. Əvvəlcədən danışım ki, Nağdəli müəllim çətin bir iş üzərinə götürmüş və buna nail olmuşdur.

  "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti (I kitab) monumental bir elmi əsər, çətin mövzudur. Bu siyasət, dilçilik, diplomatiya, jurnalistika, ədəbiyyat və digər sahələrdə fəaliyyət göstərən və təhsil alanlar üçün dəyərli vəsaitdir. Amma, vacibdir ki, deyim: 

Heydər Əliyevdən bəhs edən bu kitab adi adamlar üçün də oxunaqlı və maraqlıdır. Azərbaycan dilində  gözəl və sadə yazılıb, müəllif dahi azərbaycanlının hər kəlməsini səlis izah edə bilməyə müvəffəq olub. Bu da kitabın müəllifinin dahi Heydər Əliyevə məhəbbətindənirəli gəlmişdir.  Və mənim üçün ona görə maraqlıdır ki, bu əsərin birinci oxucusu mən olmuşam və az da olsa dostumun kitabında mənim də əməyim olmuşdur... 

 Kitabın müəllifi  Nagdəli Tapdıq oglu Zamanov 13 avqust 1961-ci ildə Kəlbəcər rayonunun Keştək kəndində, müəllim ailəsində anadan olmuşdur. 1967-1975-ci illərdə Keştək kənd 8 illik, 1975-1977-ci illərdə isə Kəlbəcər 1 saylı orta məktəbdə oxumuşdur. 1979-cu ildə Azərbaycan Tibb Universitetinə qəbul olmuş, 1985-ci ildə ATİ-nin II müalicə profilaktika fakültəsini bitirmişdir. 1986-1990-cı illərdə Neftçala rayonunda terapevt işləmiş, 1990-1993-cü illərdə Pediatriya fakultəsi "Daxili xəstəliklər" kafedrasında aspirantura təhsili almışdır. 1993-cü il oktyabr ayından 2010-cu ilədək ATU-nun I Daxili xəstəliklər və reanimatologiya kafedrasının assistenti, 2010-cu ildən isə dosentidir. 2011-ci ildən Tədris Terapevtik Klinikanın III terapiya şöbəsinin müdiridir. 1994-cü ildə professor Sayalı xanım Tağıyevanın elmi rəhbərliyi ilə "Xəzər gəmiçiliyi üzgüçü heyəti arasında ürəyin işemik xəstəliyinin erkən diaqnostikası və mümkün profilaktika yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Tibb elmləri üzrə fəlsəfə doktorudur.

 2004-cü ildə əməkdar elm xadimi, professor A.Ə.Axunbəylinin elmi məsləhətçiliyi ilə 

"Revmatoid artritli xəstələrdə ürəyin koronar xəstəliyinin erkən diaqnostikası və differensial müalicə xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. 1 metodik vəsaitin, 2 monoqrafiyanın, 100-ə yaxın elmi işin müəllifidir. Dövri mətbuatda mütəmadi olaraq elmi, bədii, publisistik məqalələri çap olunur. 

Azərbaycan nitq mədəniyyətinin inkişafında, təşəkkül tapmasında Ulu Öndər Heydər Əliyevin nitq və çıxışlarını tədqiq edir.

 (Heydər Əliyevin nitqində neologizimlər - "Azərbaycan" qəzeti, 3 iyun 2011-ci il

 Heydər Əliyev nitqində ədatlar – "Təhsil" jurnalı №9, 2011 ci il

 Heydər Əliyev nitqində antroponimik sıralanmalar - "Təhsil" jurnalı, №12, 2011-ci il

 "Heydər Əliyev nitqində qətiyyət", "Təbib" qəzeti, №11(1543), 14 iyun 2012-ci il.

 "Aşıq Şəmşir yaradıcılığında söz", Dünya qəzeti, №37-38, 16 iyul 2012-ci il.

 "Heydər Əliyev nitqində fəlsəfi baxışlar", Dünya qəzeti, №40-41, 19 sentyabr 2012-ci il.

 Heydər Əliyev nitqinin gücü onunu səmimiyyəttindədir- "Azərbaycan" qəzeti 1yanvar 2012-ci il

 Heydər Əliyev nitqində poetik duyğular "Təbib"qəzeti 15 may 2012-ci il

 Heydər Əliyev nitqinin gücü onun xəlqiliyində idi "Paritet" qəzeti 4-5 sentyabr 2012-ci il

 Heydər Əliyev nitqində məntiqi ardıcıllıq "Təhsil" jurnalı N: 8 2012-ci il

 Heydər Əliyev nitqində elmi üslubun yeri "Yeni Təfəkkür" qəzeti

 Heydər Əliyev nitqində fəlsəfi baxışlar "Heydər Əliyev və Regionşünaslıq 3-cü Beynəlxalq elmi konfransın materialları" 2-4 iyul 2012-ci il

 "Dilmizin dərin qatlarını zənginləşdirən ulu öndər "Səs" qəzeti 2012-ci il).

Kitab müəllifi  Nağdəli Zamanov  2012-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 

2012-ci ildən isə "Qızıl qələm" mükafatı laureatıdır.


 Kitabın elmi redaktoru Nəsimi adına Dilçilik İnistutunun direktor müavini, filologiya elmləri doktoru, professor  Məsud Mahmudov ,  rəyçiləri isə filologiya elmləri doktorları  Nadir Məmmədli  və  İlham Tahirovdur.

 Nağdəli müəllim yeni kitabında  - birinci cilddə  Azərbaycan nitq mədəniyyətinin inkişafında, təşəkkül tapmasında Ulu Öndər  Heydər Əliyevin nitq və çıxışları kompleks şəkildə araşdırılmışdır. İlk dəfə olaraq Heydər Əliyevin nitqində məntiqi ardıcıllıq fəlsəfi nitqlər, poetik duyğular monoqrafiyada geniş əksini tapıb. Eləcə də Heydər Əliyevin nitqində üslublar geniş tədqiqat obyekti olub. Bir sıra nitq elementləri qətiyyət, səmimiyyət, nikbinlik, proqnozlar müəllif tərəfindən kompleks şəkildə öyrənilib .

 Kitab on dörd fəsildən ibarətdir: "Heydər Əliyev Azərbaycan dilinin müdafiəsində", "Heydər Əliyevin nitqində girişlər və sonluqlar", "Heydər Əliyevin nitqində fəlsəfi fikirlər", "Heydər Əliyevin nitqində poetik duyğular", "Heydər Əliyevin nitqində elmi üslub" və digər fəsillərdə müəllif Ulu Öndərin nitqinə müxtəlif aspektlərdən yanaşmışdır.

  

Respublika Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Məclisinin deputatı  Nizaməddin Şmsizadə yeni kitab haqqında yazır:  "Natiqlik sənətinin tarixi çox qədimdir. Onun yaranması antik dövrün mütəfəkkiri Siserondan başlanır. Natiqlik unikal bir sənət, ilahi vergisi, ikinci "mən" deməkdir. Böyük şəxsiyyət, xüsusilə siyasətçi və diplomat, dövlət başçısı üçün natiqlik olduqca vacibdir. Natiqlik dünya şöhrətli siyasətçi, böyük cəsarət və siyasi iradə, fenomenal yaddaş sahibi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevə məxsus fitri istedadlardan biri, tarixdə onun dövlətçilik təfəkkürünə yol açan vasitə idi. İxtisasca həkim, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru, Tədris Terapevtik Klinikanın şöbə müdiri Nağdəli Zamanovun "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" (Bakı, "Elm və təhsil" 2013. Elmi redaktoru professor Məsud Mahmudov) monoqrafiyasında ulu öndərin bu sahədəki uğurlu, mənalı fəaliyyətindən bəhs olunur.

 Uzun illər Heydər Əliyevin nitqlərini canlı surətdə böyük sevgi ilə dinləmiş həkim - müəllif onun haqqında müşahidə, mülahizə və araşdırmalarını oxucu və mütəxəssislərə təqdim edib. Şübhəsiz ki, kitab Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbətlə yazılıb. Elə bununla da onun barəsində yazılan yüzlərlə əsərdən seçilir. Etiraf edək ki, Heydər Əliyevin natiqlik sənəti yetərincə tədqiq olunmayıb. Bu 480 səhifəlik məzmunlu kitab həmin istiqamətdə atılan uğurlu bir addımdır. Kitab canlı müşahidələr və nəzəri mühakimələrin üzərində qurulub. 

Müəllif metodoloji baxımdan çox doğru olaraq kitabın birinci fəslini Heydər Əliyevin Azərbaycan dilinin nüfuzunu artırmaq, onun yayılma və işlənmə arealının genişlənməsi, dövlət dili kimi tətbiqi uğrunda ana dili mücadiləsinə həsr edir. Bu baxımdan ulu öndərin bir mülahizəsi maraq doğurur. O, 2001-ci il oktyabrın 17-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdəki geniş nitqində demişdir: "Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük". 

                                                                                                  ƏLİHÜSEYN ŞÜKÜROV.


Sizin Reklam Yeriniz