Əlaqə Arxiv
news Image
2014.01.30
09:10
| A A A
Çovğun olacaq, qar yağacaq, yollar buz bağlayacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, axşam bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Güclü şimal küləyi əsəcək. Çovğun olacağı ehtimalı var. Havanın temperaturunun gecə və gündüz 0-2 dərəcə isti, axşam 3 dərəcəyədək şaxta olacağı gözlənilir. Azərbaycanın rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 10-15, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.
Sizin Reklam Yeriniz