Paytaxtın beş yerində sığınacaqlar quruldu
Mövcud hava şəraiti ilə əlaqədar Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi bu il də müvəqqəti sığınacaqlar təşkil
edib.Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən
Movqe.az-a verilən xəbərə görə, pataxtda beş yerdə sığınacaqlar
təşkil olunub. Sığınacağların yerləşdiyi ərazilər
aşağıdakılardır:
1. Nərimanov rayonu, Yaşıl bazarının yanı, Xətai prospekti 11;
2. Nəsimi rayonu, Nəsimi bazarının yaninda, Süleyman Rüstəm küçəsi 69;
3. Nizami rayonu, Xalqlar Dostluğu metro stansiyasının yanında, Q.Qarayev küçəsi 118;
4. Xətai rayonu, Baki kinoteatrının qarşısı, Sarayev küçəsi 20;
5. Yasamal rayonu, Xiyabani küçəsi 211.
Həmçinin məlumat əldə etmək ücün 142 etimad telefonuna müraciət
etmək olar. Sığınacağlarda tibbi xidmət, yataqlar, isti yemək və
çay, istilik sistemləri təşkil olunacaq. Öz rayonuna qayıtmağa
çətinlik çəkənlər, açıq havada işləyənlər, faktiki yaşayış evləri
uzaq olanlar, müəyyən yaşayış evləri olmayanlar, müvəqqəti isinməyə
və ilk tibbi yardıma ehtiyacı olanlar və dıgərləri bu xidmətdən
istifadə edə bilərlər.