Əlaqə Arxiv
news Image
2014.01.31
11:53
| A A A
Tikinti sektorunda işlər dayandırılıb
Sahib Məmmədov: “Qapalı qızdırılmayan yerlərdə də işlər dayandırılmalıdır”

Ölkədə bir sıra sektorlarda işlər dayanıb. Movqe.az xəbər verir ki, səbəb havaların kəskin soyması ilə əlaqədar acıq havada işlərin aparılmasının mümkünsüz olmasıdır. Hava şəraiti ilə əlaqədar işlərin fasilə verildiyi əsas sekor isə tikinti sahəsidir. Yeni tikilən binalarda demək olar ki acıq havada işləyənlər gözə dəymir. Tikinti sektorunda işlərin dayandırılması bu sahə ilə bağlı olan digər iş yerlərinin də fasilə verməsinə səbəb olub. Məlumatlara görə, paytaxtdakı bütün "Beton zavod" larda işlər tam olaraq dayanıb. Tikinti sektoruna aid  məhsul istehsal edən sexlərdə də işlərə ara verilib.  Dəmirci, PVC, taxta-şalban, şüşə sexləri də havaların şaxtalı kecməsi ilə əlaqədar qapılarına qıfıl vurmalı olublar. Amma bəzi sahələr var ki, işlər hava şəraiti imkan verməsə də davam etdirilir.  Əldə etdiyimiz məlumatlara görə, təhlükəli olsada daş karxanalarından bəzilərində işcilər acıq hava şəraitində calışırlar.  Yerdən daş cıxarılmasa da, fəhlələr kəsilmiş mişar daşlarını maşınlara yükləmək ücün daş karxanalarında saxlanılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti isə havanın minimal temperaturunun Abşeron yarımadasında 3-5, aran rayonlarında 2-5, dağlıq rayonlarda 5-8, Naxçıvan MR-da 0-5 dərəcə şaxta təşkil edəcəyi barədə məlumat yayıb. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov hidremeterioloqların bu xəbərdarlığının  nəzərə alınmasının vacib olduğunu söyləyir. S. Məmmədovun sözlərinə görə, isti yay günlərində temperatur müəyyən həddi keçdiyi təqdirdə işlər dayandığı kimi, qış aylarında da temperatur qanunla nəzərdə tutulan aşağı həddi keçdikdə işlər dayandırılır. Ekspert bildirdi ki, bu məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsilə həll olunur: "Əgər həddindən artıq isti və ya soyuq olması səbəbindən işlər dayandırılırsa, bu işçinin maaşına təsir göstərməməlidir. Bundan başqa, Əmək Məcəlləsinin 54-cü maddəsində işçilər üçün normal iş şəraitinin yaradılması nəzərdə tutulub. Hətta normal iş şəraiti yaratmayan şirkətlər 2000 manata qədər cərimə oluna bilərlər. Əmək Məcəlləsinin 233-cü maddəsində nəzərdə tutulub ki, işçilər havanın temperaturu 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq aylarında isə temperaturu müsbət 14 dərəcədən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır".

S. Məmmədov acıq havada isə işlərin təbii olaraq dayandığını bildirdi. Liqa rəhbəri deyir ki, mövcud hava şəraiti tikinti sektorunda acıq havada işlərin davam etdirilməsini avtomatik mümkünsüz edir: "Bu havada tikinti işləri aparılsa belə, keyfiyyətli işə nail olmaq mümkün deyil".

S. Məmmədov bu hava şəraitində daş karxanalarında işcilərin saxlanılmasının da qanunsuz olduğunu bildirdi. Onun sözlərinə görə, daş karxanalarında işcilər dəmir vaqonlarda qaldığından, havaların kəskin soyması onların şəraitini daha da ağırlaşdırır. Odur ki, S. Məmmədov işə götürənlərin hava temperaturu kəskin aşağı enərkən işləri dayandırmasının vacib olduğunu söylədi. Qeyd edək ki, "Əmək Məcəlləsi"ndə soyuq havada temperatur  14-dərəcədəcn aşağı olarsa acıq hava şəraitində isə küləyin gücü3 baldan yuxarı, temperatur – 10 dərəcə olduqda dayandırılmalıdır.

 

Sizin Reklam Yeriniz