Əlaqə Arxiv
news Image
2014.01.31
14:24
| A A A
Xeyli insan qarda sürüşərək xəsarət alıb
Paytaxtda qarın yağması Bakı Şəhər Təcili Təxirəsalınmaz Yardım Stansiyasına (TTYS) xəsarətlə bağlı edilən müraciətlərin sayını artırıb. Bu məlumatı Movqe.az-a TTYS-nın operativ şöbəsinin böyük həkimi  Zemfira Vahidova verib. Z. Vahidova deyib ki, bu gün səhər saatlarından etibarən xeyli sayda insan qarda sürüşərək xəsarət aldıqlarından TTTYS-a müraciət edib: "Onlara yerindəcə tibbi yardım göstərilib. Ehtiyac olanlar isə xəstəxanalara yerləşdirilib". Z. Vahidova qarda sürüşüb xəsarət alanların say;n;n axşama doğru açıqlanacağını söylədi. Onun sözlərinə görə, bu gün təcili yardıma müraciətlərin artacağı istisna deyil: "Sutkalıq müraciətlərin sayı 1600 olur. Çox güman ki, bu sutka artacaq".
Z. Vahidova təcili tibbi yardıma edilən bütün çağırışlara cavab verildiyini yardım edildiyini söyləyib: "Biz gücləndirilmiş iş rejimində çalışırıq. Qarın yağmasına və yolların sürüşkən olmasına baxmayaraq təcili yardıma edilən bütün müraciətlərə vaxtında cavab verilir, yardımlar edilir".
Sizin Reklam Yeriniz