Əlaqə Arxiv
news Image
2014.01.31
17:58
| A A A
Nazir müavini Qarabağ qaziləri ilə görüşdü
Yanvarın 31-də Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Vətən Əlilləri" İctimai Birliyinin sədri Firudin Məmmədovu, "Qarabağ Qaziləri" İctimai Birliyinin sədri Etimad Əsədovu və Birliyin üzvləri Rey Kərimoğlunu, Rizvan Vəliyevi və Yaşar Həziyevi qəbul edib. Movqe.az xəbər verir ki, Səlim Müslümov ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş vətəndaşların sosial müdafiəsinin daim möhtərəm Prezident İlham Əliyevin diqqətində olduğunu vurğulayıb, Qarabağ müharibəsi əlillərinə göstərilən dövlət qayğısının daim artmaqda olduğunu deyib.Nazir son vaxtlar dövlət başçısının tapşırığı əsasında əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müharibə əlillərinin nəqliyyat vasitələri ilə təminatının daha da gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. S.Müslümov həmçinin tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara yüksək keyfiyyətli xidmətin göstərilməsi, bu xidmətlərdən istifadədə nöqsan və çatışmazlıqların aradan qaldırılması və şəffaflığın təmin olunması istiqamətində işlərin aparıldığını deyib. E.Əsədov görüş iştirakçıları adından Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırıb. S.Müslümov nazirliyin səlahiyyətlərinə aid məsələlərin həll olunması üçün müvafiq işlərin görülməsi barədə aidiyyatı üzrə tapşırıqlar verib.Görüş iştirakçıları bu təbəqədən olan insanların həyatda rastlaşdıqları problemlərin həllinin yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid olmadığını bildirərək, həmin problemlərin kompleks şəkildə həlli ilə məşğul olmaq üçün nazirliyin yanında ayrı-ayrı dövlət qurumlarının təmsil olunduğu komissiyanın yaradılması təklifini irəli sürüblər. Təklif müsbət dəyərləndirilib və reallaşdırılması üçün müvafiq addımların atılacağı bildirilib.F.Məmmədov Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm işlərin görüldüyünü və bütün Qarabağ müharibəsi döyüşçülərinin Ali Baş Komandanın sadiq əsgərləri olduğunu vurğulayıb.İctimai Birliklərin üzvləri son zamanlar Qarabağ müharibəsi əlili adından sui-istifadə hallarını pisləyərək, belə halların hər hansı problemin həllinə deyil, əslində cəmiyyətdə ajiotaj yaratmağa yönəldiyini ifadə ediblər.Görüş iştirakçıları qaldırılan məsələlərin həllinə diqqət və qayğı ilə yanaşılmasından razılıqlarını bildiriblər. 

Qeyd edək ki, bu görüş son üç ayda nazir Səlim Müslümovun ictimai birliklərlə keçirdiyi 8-ci görüşdür.

Sizin Reklam Yeriniz