Əlaqə Arxiv
news Image
2014.02.01
11:51
| A A A
Sumqayıtda da sığınacaqlar yaradıldı
Getməyə yeri olmayanlar, öz rayonuna qayıda bilməyənlər, açıq havada işləyənlər üçün sığınacaqlar yaradılıb. Kəskin hava şəraitinin hökm sürməsi ilə əlaqədar paytaxtda olduğu kimi  Sumqayıtda da müvəqqəti sığınacaqlar təşkil edib.  Sığınacaqlar şəhərin 3-cü mikrorayonunda  12 mərtəbəli binanın qarşısında quraşdırılb. Sığınacaqlarda tibbi xidmət, yataqlar, isti yemək və çay, istilik sistemləri təşkil olunub. Sığınacaqdan tüfeyli həyat keçirənlər, öz rayonuna qayıtmağa çətinlik çəkənlər, açıq havada işləyənlər, faktiki yaşayış evləri uzaq olanlar, müəyyən yaşayış evləri olmayanlar, müvəqqəti isinməyə və ilk tibbi yardıma ehtiyacı olanlar və digərləri bu xidmətdən istifadə edə bilərlər. Qeyd edək bu tip sığınacaqlar Sumqayıtda ilk dəfədir  təşkil olunur.
Sizin Reklam Yeriniz